Türkmənistan neftini BTC ilə bazara çıxaracaq

12 Oktyabr 2017 14:36 (UTC+04:00)

2018-ci il üçün Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə Türkmənistan neftinin ixrac edilməsi ilə bağlı müqavilə bağlanıb". SİA xəbər verir ki, bunu SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə bildirib.

Onun sözlərinə görə, nəql olunan həcmi 3-4 mln. ton təşkil edəcək: "Bu isə Türkmənistan neftinin ixracının təxminən 100%-nə bərabərdir. Bundan əvvəl imzalanan müqavilə isə 2 illik müddəti əhatə edib".

Müvafiq müqaviləyə "SOCAR Trading" imza atıb.

Qazaxıstan neftinin BTC ilə nəqlinə dair gəldikdə, Ə. Əhmədzadə bildirib ki, bununla bağlı hələlik müqavilə imzalanmayıb, lakin müvafiq danışıqlar aparılır.