Təhsil naziri Aİ rəsmisi ilə görüşüb

12 Oktyabr 2017 13:49 (UTC+04:00)

Təhsil naziri Mikayıl Cabbarov Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri cənab Kestutis Yankauskas ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.