“Roma”nın daha bir futbolçusu zədələnib

12 Oktyabr 2017 11:28 (UTC+04:00)

UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan İtaliyanın “Roma” klubu daha bir futbolçusunu itirib. SİA-nın məlumatına görə, hücumçu Stefan Əl Şaraavi də sıradan çıxıb.

O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Albaniyaya qarşı keçirdikləri oyunda zədələnib. Vəziyyəti ağır olmasa da, İtaliya milli komandasının forvardı qarşıdakı 1-2 həftə ərzində istirahət etməlidir.

“Roma”da Əl Şaraavidən başqa, Emerson, Lorenso Pelleqrini, Kevin Strootman, Qrequar Defrel və Patrik Şik də zədədən əziyyət çəkir.