Səidə Sultan "alov" püskürdü: “Ağıllı olun"

11 Oktyabr 2017 17:45 (UTC+04:00)

Müğənni Səidə Sultan özündən çıxıb. SİA-nın məlumatına görə, gecə klublarının biri sənətçinin adından istifadə edərək, Səidənin konsert verəcəyi elanını yayıblar.

Səidə həmin kəslərə xəbərdarlıq edib: “Ağıllı olun. Adımdan istifadə edib, məkanlarına müştəri yığanlar, sözlərim sizə aiddir. Səviyyəsizlər, cılızlar, məndən xəbərsiz çıxışımı düzənləyənlər. Hər kəs bilsin, bu gün bu məkanda yoxam və heç vaxt da olmayacağam”.