Şəmkir sakininin başına bıçaq zərbəsi endirildi

11 Oktyabr 2017 17:37 (UTC+04:00)

Şəmkir sakinin baş nahiyəsinə bıçaq zərbəsi endirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Seyfəli kəndində baş verib. Kənd sakini 1982-ci il təvəllüdlü Ruslan Abbasov ağır vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə gətirilib.

Əməliyyat olunan Ruslan Abbasovun vəziyyətinin ağır olduğu deyilir.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov