Sumqayıtda yük avtomobili aşıb

11 Oktyabr 2017 17:23 (UTC+04:00)

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, oktyabrın 11-də saat 5 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində Bakı şəhər sakini Firuddin Qasımov idarə etdiyi “Dong Feng” markalı yük avtomobilini aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.