Dəniz qumunun müalicəvi xüsusiyyətləri və zərərləri

12 Oktyabr 2017 04:04 (UTC+04:00)

Yay fəslində dəniz və günəşdən faydalanarkən, qumdan da faydalanmağı laqeyd yanaşmayın. Sizə dəniz qumunun bəzi faydalı xüsusiyyətlərini təqdim edirik:

Tətildə həm istirahət edə, həm də dəniz qumunun müalicəvi xüsusiyyətlərindən faydalana bilərsiniz. İsti qum xeyirdir deyib saatlarla qumdan çıxmayan insanlar var. Dəri yanıqları, allergik reaksiyalar, günəşdən gələn şüalar qumdan gələn xeyiri heçə endirir. Təzyiq, şəkər, ürək kimi xəstəliyi olan insanların ayaqlarını quma basdırması sağlamlığa daha böyük ziyan vura bilər. Ən dəhşətlisi isə iflic ola bilərlər. Quma basdırılma da həkim nəzarəti altında olmalıdır.

Ümumiyyətlə, insanlar elə düşünür ki, ayaqların quma basdırılması ağrıları azaldır. Hardasa azaldır demək olar, amma qum yeyilmiş, yaxud zədələnmiş oynaqları bərpa etmir. Oynaqlara kənardan heç bir müdaxilə onların yenidən sağlam vəziyyətə gəlməsinə kömək edə bilməz.