Məşhurlarımızdan növbəti duet AÇIQLAMA

10 Oktyabr 2017 13:12 (UTC+04:00)

Müğənnilər Damla və Talıb Tale yaradıcılıqlarında yenilik edəcək. SİA-ya bu haqda Damla açıqlama verib: "Talıb Tale ilə yeni bəstə üzərində çalışırıq. Bəstəni duet şəklində ifa edəcəyik. Mahnını bizə hədiyyə ediblər. Dinamik bəstədir. Mahnı bir neçə gündən sonra hazır olacaq. Hazırda bəstə üzərində aranjeman işləri gedir. Talıbla "Bilirmisən" duetimizdən sonra bu iş birliyimizin də hit olacağına heç şübhə etmirəm".