Diqqət: Siqaret çəkməyəndə nə baş verir?

7 Oktyabr 2017 06:06 (UTC+04:00)

Daha səni çəkməyəcəyəm…

Çoxları elə düşünür ki, uzun illər siqaret çəkirsə sağlamlığını çoxdan itirib. Əslində isə, belə deyil. Nikotinin qəbulu dayandırılandan bir neçə dəqiqə sonra orqanizmdə müsbət dəyişikliklər başlayır. Elə həmin vaxtdan da infarkt, insult, ağciyər xərçəngi kimi ölümcül xəstəliklərin riski azalır. 35 yaşlı insan siqaretdən imtina edirsə, o siqaret çəkməyən yaşıdları qədər uzun ömür sürə bilər. Nikotindən imtina etmək orqanizminizdə bir sıra dəyişikliklərəsəbəb olur:

Siqaretdən imtina edən kimi orqanizm özünütəmizləmə mexanizmlərini işə salır. Bu prosesi sürətləndirmək də olar: mütəmadi olaraq ağız boşluğunu çobanyastığı dəmləməsi və ya çay sodasının məhlulu ilə (1 çay qaşığı yarım stəkan suya) yaxalamaq lazımdır. İlk həftədə bu prosedur hər 3-4 saatdan bir təkrar olunmalıdır, sonralar isə onu gündə 2 dəfə etmək lazımdır.

Bu zaman çoxlu miqdarda maye qəbul edilməli mineral sulara, təbii şirələrə, müxtəlif bitki dəmləmələrinə üstünlük verilməlidir. Bir çox bitkilər (cökə, yaşıl çay, çobanyastığı, pişikotu, damotu) antinikotin effektə malikdir. Tərkibində A, C, E vitaminləri olan polivitaminlərin qəbulu məsləhətdir.
Orqanizmi nikotindən tam təmizləmək üçün yarım ildən iki ilə qədər vaxt lazımdır. Siqaretə qarşı ən güclü silah iradə və istəkdir.