ATV-nin rəhbəri dəyişdirilib

26 Sentyabr 2017 14:48 (UTC+04:00)

Bu gün Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub. SİA-nın məlumatına görə, onun yerinə Azər Xəlilov təyin olunub.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli A. Xəlilovu artıq kollektivə təqdim edib.

Qeyd edək ki, A. Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.