Malidə üç BMT sülhməramlısı həlak olub

25 Sentyabr 2017 02:19 (UTC+04:00)

Malidə partlayış nəticəsində 3 BMT sülhməramlısı həlak olub. Bu barədə BMT missiyasının “Feysbuk” səhifəsində bildirilir. Məlumata əsasən, Qao əyalətində sülhməramlıları daşıyan avtomobil minaya düşüb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.