Ərdoğan və Ruhani arasında telefon danışığı olub

25 Sentyabr 2017 03:04 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Həsən Ruhani ilə telefon danışıqları aparıb. Türkiyənin nüfuzlu "Hürriyet" qəzeti yazır ki, hər iki prezident İraq Kürd Muxtariyyətində keçirilməsi gözlənilən referendumu müzakirə ediblər.

İki lider referendumun bölgədə xaosa yol açacağını qeyd edərək, İraqın bütövlüyünün vacib olduğunu vurğulayıblar.