ABŞ ordusu Liviyada İŞİD düşərgələrini bombalayıb

25 Sentyabr 2017 01:19 (UTC+04:00)

ABŞ ordusu Liviyadakı İŞİD düşərgələrini bombardman edib. Axar.az xəbər verir ki, bu barədə ABŞ ordusunun Afrikadakı komandanlığından bəyanat yayılıb.

“ABŞ ordusu Liviyada səhralıq ərazidə məskunlaşmış İŞİD qüvvələrinə qarşı 6 aviazərbə endirib. Zərbələr nəticəsində 17 terrorçu öldürülüb, 3 zirehli maşın məhv edilib”, - bəyanatda bildirilib.

Qeyd edək ki, məhv edilən düşərgənin əməliyyatların planlaşdırılması, terrorçuların köçürülməsi və silah saxlanılması üçün istifadə edildiyi məlum olub.