Tehrandan ABŞ-a xəbərdarlıq: "İran nüvə proqramını sürətləndirəcək"

25 Sentyabr 2017 00:34 (UTC+04:00)

"Əgər ABŞ nüvə sazişindən çıxsa, İran nüvə proqramını sürətləndirəcək." Axar.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Cavad Zərif deyib.

“İran bu prosesin nəticələrini və mövcud imkanlarını nəzərdən keçirəcək. Tehranın razılaşmadan imtina və daha sürətli bir şəkildə nüvə proqramına qayıdış kimi bir sıra imkanları mövcuddur. Bu proqram sülhməramlı olaraq qalacaq, ancaq əvvəlcədən qəbul etdiyimiz məhdudiyyətlər nəzərdə tutulmayacaq”, - Zərif bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla nüvə sazişi ilə bağlı qərarını verdiyini bildirib. Ekspertlər isə Trampın oktyabrda müqavilədən çıxmağa hazırlaşdığını iddia ediblər.