Bakı-Qazax magistralında ağır qəza olub

24 Sentyabr 2017 22:17 (UTC+04:00)

Bakı-Qazax magistralında ağır qəza baş verib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2199” markalı avtomobilin yolun kənarında olan dəmir maneəyə çırpılması nəticəsində sərnişin 1953-cü il təvəllüdlü Qasımova Şəfiqə Alı qızı ağır, sürücü isə yüngül xəsarət alıb. Ş. Qasımova xəstəxanaya aparılarkən yolda həyatını itirib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.