Biləsuvarda yanğın olub

24 Sentyabr 2017 21:03 (UTC+04:00)

Biləsuvar rayonunda talvarın altına yığılmış 20 ton pambıq tayasının 500 kq yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, pambıq tayasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.