Rusiyada Mstislav Rostropoviçə həsr edilən festival keçiriləcək

24 Sentyabr 2017 20:19 (UTC+04:00)

Oktyabrın 15-16-da Rusiyanın Samara şəhərində “Mstislav Rostropoviçə həsr olunur” X musiqi festivalı keçiriləcək. Festival Mariya Teatrının bədii rəhbəri və direktoru Valeri Gergiyevin və Samara vilayəti hökumətinin təşəbbüsü ilə təşkil edilir.

Festivalın saytında yer alan xəbərə görə, festival günlərində Samara Akademik Opera və Balet Teatrının səhnəsində V.Gergiyevin dirijorluğu ilə Mariya Teatrının simfonik orkestri çıxış edəcək.

Qeyd edək ki, görkəmli violonçel ifaçısı və dirijor Mstislav Rostropoviçin yaradıcılıq yolu Samara şəhəri ilə sıx bağlı olub. Ənənəyə çevrilmiş bu festivalda dünya şöhrətli musiqiçilər iştirak edirlər.