Bayraq Muzeyi üçün müasir bina tikilir

24 Sentyabr 2017 09:12 (UTC+04:00)

“Sumqayıt bulvarı” istirahət kompleksi ərazisində daha bir mədəniyyət abidəsinin - Bayraq Muzeyi üçün binanın inşası uğurla davam etdirilir. SİA-nın verdiyi məlumata görə, ikimərtəbəli binada müasir işıqlandırma istilik və soyutma sistemi quraşdırılıb. Həmçinin təhlükəsizliyin təmin olunması məqsədilə kameralar qoyulub. Binanın dam örtüyü vurulub, fasadı aqlay daşlarla üzlənib. Hazırda ərazidə abadlıq işləri aparılır. Burada yaşıllıqlar salınacaq, dekorativ ağaclar və gül kolları əkiləcək.

Sumqayıtda Bayraq Muzeyinin yaradılması Azərbaycan tarixinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün artırılmasına, vətənpərvərlik ruhunun yüksəlməsinə mühüm töhfə olacaq.