Hacıqabulda avtomobil piyadanı vurub

24 Sentyabr 2017 02:18 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının 94-cü kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində “Mercedes” markalı avtomobil yolu keçən piyadanı vuraraq ağır yaralayıb. Yaralı kəllə-beyin travması və sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Adlar dəqiqləşdirilir. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.