"Azərbaycan və Ermənistan münaqişənin həllinə yaxınlaşıb"

24 Sentyabr 2017 01:18 (UTC+04:00)

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçev bəyan edib ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxınlaşıb.

Azvision.az xəbər verir ki,Kosaçev qeyd edib: “Rusiya bu münaqişədə neytral tərəf kimi çıxış edir. Bizim həm Ermənistan, həm də Azərbaycanla dostluq münasibətlərimiz var. Məndə olan məlumata görə, tərəflər Dağlıq Qarabağ münaiqşəsinin nizamlanmasına kifayət qədər yaxınlaşıblar”.

Komitə sədri, həmçinin sentyabrın 23-də baş tutacaq Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünün səmərəli olacağına ümid etdiyini bildirib.

Mətbuat konfransı zamanı Kataloniya və İraq Kürdüstanında keçiriləcək referendumlara münasibət bildirən Kosaçev qeyd edib ki, nəticələr regionda gərginliyin artması və silahlı münaqişə ilə nəticələnməməlidir.