“Zirə” - “İnter” görüşündə qalib müəyyənləşməyib

24 Sentyabr 2017 01:06 (UTC+04:00)

Azərbaycan Premyer Liqasının altıncı turu çərçivəsində “Zirə” “İnter” ilə görüşüb. Zirə İdman Kompleksinin stadionunda keçirilən görüşün ilk hissəsinin 21-ci dəqiqəsində Sertan Taşkın başla zərbə ilə hesabı açıb. Baş hakim İnqilab Məmmədovun idarə etdiyi oyunun ikinci hissəsində “İnter” komandası hesabı bərabərləşdirib. Cavab topunu 67-ci dəqiqədə Yovan Krneta vurub. Beləliklə görüş 1:1 hesabı ilə yekunlaşıb.

“İnter”in futbolçusu İlkin Qırtımov 43-cü dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.

“Zirə” klubu 14 xalla turnir cədvəlində ikinci pillədə yer alır. Hesabında 8 xal olan “İnter” isə dördüncü yerdədir.

Xatırladaq ki, günün ilk oyununda “Səbail” klubu “Kəpəz”i minimal hesabla məğlub edib – 1:0.