Qırğızıstan portalı Azərbaycandan yazıb

23 Sentyabr 2017 19:01 (UTC+04:00)

Qırğızıstanın “Golden Bridge News” portalı Azərbaycanla bağlı məqalələr yayıb.

“TurAz Qartalı-2017” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları ilə bağlı məqalədə qeyd olunur ki, təlimlərdə 30-dək aviasiya vasitəsi iştirak edir. Bildirilir ki, bu təlimlərin keçirilməsində məqsəd Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri arasında təcrübə mübadiləsi aparmaqdır.

Portal AZƏRTAC-ın Yanardağla bağlı məqaləsini də yayıb. Məqalədə bildirilir ki, neft və qazla zəngin Azərbaycanda belə məkanlar çoxdur. Qeyd edilir ki, Yanardağ Bakıdan 25 kilometr aralıda, Məhəmmədi kəndinin yaxınlığında yerləşir. Yanardağda alovun uzunluğu 116, hündürlüyü təxminən 3 metrdir və qədim dövrlərdən burada təbii qaz yanır.

Bundan başqa, “Golden Bridge News” portalında akademik Rəfiqə Əliyevanın Bakı Dövlət Universitetində keçirilən 85 illik yubileyi ilə bağlı məqalə də verilib.