Elmar Məmmədyarov malayziyalı və belçikalı həmkarları ilə görüşüb

23 Sentyabr 2017 14:36 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Belçikanın xarici işlər naziri Didye Reynders və Malayziyanın xarici işlər naziri Dato' Sri Anifah Aman ilə ikitərəfli görüşlər keçirib.

SİA-nın XİN-in saytına istinadən verdiyi məlumata görə, görüşlərdə ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub və məmnunluq ifadə edilib. Mədəniyyət, turizm, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub və BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.