Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

23 Sentyabr 2017 14:30 (UTC+04:00)

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada xəttinə Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin əynindəki şalvarın arxa cibindən bitki yarpağına bükülü vəziyyətdə, qablaşdırılması ilə birlikdə çəkisi təqribən 0.3 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.