“Fitch” Rusiyanın reytinqi üzrə proqnozunu yaxşılaşdırdı

23 Sentyabr 2017 14:07 (UTC+04:00)

Fitch" beynəlxalq reytinq agentliyi Rusiyanın emitentin xarici və milli valyutada defolt reytinqini "BBB-" səviyyəsində təsdiqləyib.

Qurum reytinq üzrə proqnozu isə "Sabit"dən "Müsbət"ə dəyişib.

"Fitch" qərarını Rusiyanın apardığı iqtisadi siyasətinin müsbət nəticə verməsi ilə izah edib. Agentlikdə hesab edirlər ki, qonşu ölkədə iqtisadi artım zəif də olsa, davam edəcək.