Şübhəli bilinən şəxslər saxlanılıb

23 Sentyabr 2017 13:15 (UTC+04:00)

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhər Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Rasim Quliyevdən 3 kiloqram 15 qram marixuana götürülüb.

Tərtər rayonu ərazisində Hacıqərvənd kənd sakini Samir Məmmədov 415,707 qram marixuananı satarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən şəhər sakini Ramil Fərziyevdən 460 qram marixuana götürülüb.

Hər bir faktla bağlı araşdırma aparılır.