ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin regiona səfər tarixi açıqlanıb

23 Sentyabr 2017 13:05 (UTC+04:00)

ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin sentyabrın 24-dən 30-a qədər Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq. SİA bu barədə xəbəri təşkilatın saytına istinadən verir.

Səfər zamanı xüsusilə də uzun müddət davam edən münaqişələrin Cənubi Qafqaz regionunda yaşayan insanların həyatına təsiri məsələsi nəzərdən keçiriləcək.