Elgiz Əkbər verilişdən qovuldu - efirdə qalmaqal

23 Sentyabr 2017 11:39 (UTC+04:00)

Ötən gün ARB telekanalında yayımlanan “Səhər səhər” verilişində qalmaqal yaşanıb. SİA-nın məlumatına görə, aparıcı Elgiz Əkbərlə verilişə qonaq qismində çağırılan Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağının kordinatoru Vasif Akifli arasında ciddi şəkildə mübahisə yaranıb.

Söz davası zamanı Elgiz qarşı tərəfin ünvanına xoşagəlməz ifadə işlədib. Vasif Akifli aparıcının cavabını verib və studiyanı tərk edib.

Əldə etdiyimiz məlumata görə, çəkiliş yarımçıq qalıb. Verilişdən sonra iclas keçirilib və ARB kanalının rəhbərliyi Elgiz Əkbəri “Səhər səhər” verilişinin aparıcılığından uzaqlaşdırıb.

Məsələ ilə bağlı açıqlama verən Vasif Akifli xəbəri təsdiqlədi. O, mübahisə yarandığı üçün verilişi tərk etdiyini bildirib. Həmin proqramın isə efirə gedib-getməyəcəyini bilmədiyini qeyd edib. (Yenicag.az)