Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib

23 Sentyabr 2017 10:47 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib. "Azərbaycan məhsullarının ixracı: biznes üçün yeni imkanlar" və “İnkoterms (beynəlxalq ticarət sövdələşməsi)” mövzularını əhatə edən treninqdə iştirakçılara ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracatçılara tətbiq edilən güzəştlər, ixracın stimullaşdırılması tədbirləri, xərc və risklərin müəyyənləşdirilməsi ilə əlaqədar qəbul olunmuş beynəlxlaq standartlar və s. barədə ətraflı məlumatlar verilib. Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.