İran yeni raket sınağı keçirib

23 Sentyabr 2017 09:35 (UTC+04:00)

İran yeni ballistik raketi sınaqdan keçirib. “RİA Novosti” agentliyi xəbər verir ki, “Horamşəhr” adlandırılan və 2 min kilometr məsafə qət edə bilən raket bir neçə döyüş başlığı daşımaq imkanına malikdir.

Ballistik raket sentyabrın 22-də Tehranda keçirilmiş hərbi paradda nümayiş etdirilib.