İmmuniteti gücləndirən ən sadə vasitə...

23 Sentyabr 2017 08:04 (UTC+04:00)

Soyuq fəsillərdə özünüzü infeksiyalardan qorumaq üçün çobanyastığı çayından istifadə edə bilərsiniz.

Çobanyastığı çayı tanınmış və effektli infeksiya əleyhinə və immuniteti gücləndirən vasitədir. Hər gün 1-2 fincan çobanyastığı çayı içməklə siz özünüzü infeksiyalardan qoruya bilərsiniz.

1 çay qaşığı çobanyastığını 1 fincan qaynar suda dəmləyin. 20 dəqiqədən sonra çayı süzün və 1 çay qaşığı bal əlavə edib için.