Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

22 Sentyabr 2017 15:58 (UTC+04:00)

Dostluq səfəri ilə Azərbaycanda olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Velikiy Ustyuq” kiçik raket və “MB-58” dəniz yedək gəmiləri sentyabrın 22-də Bakı limanını tərk ediblər.

Bu barədə SİA-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.