Kərimin ailəsində özəl gün FOTOLAR

22 Sentyabr 2017 15:12 (UTC+04:00)

Bu gün müğənni Kərim Abbasov oğlu Yusifin 1 yaşını qeyd edəcək. SİA-nın məlumatına görə, sənətçi həm də övladına sünnət etdirəcək. O, oğlunu belə təbrik edib: "Yusifim üçün restoranlardan birində möhtəşəm doğum günü olacaq. 1 yaşın mübarək, ata. Yusifim, başımın tacı. Maşallah, nə tez keçdi 1 il. Artıq böyümüsən, atam, doğum günün mübarək. Sən mənim bu həyatda yaşama səbəbimsən. Allahdan can sağlığı istəyirəm ki, övladımın əlini çörəyə çatdırım. Bu həyatda sənin uğurlarını görüb, sonra gözümü yummaq istəyirəm”.