Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) yeni prezidenti seçilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qurumun Norveçin Bergen şəhərində baş tutan 186-cı Konqresində fransalı David Lappartien 37 səslə qalib olub. 2013-cü ildən İttifaqa rəhbərlik edən digər namizəd, britaniyalı Brayan Kuksona isə 8 nəfər səs verib.
David Lappartien 2013-cü ildən Avropa Velosipedçilər İttifaqının (UEC) prezidenti postunu tutur. Qeyd edək ki, Konqresdə Azərbaycanı Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərovla baş katib Fərhad Əliyev təmsil edib.