Gədəbəydə oğul ata və anasını öldürüb qaçıb

22 Sentyabr 2017 13:49 (UTC+04:00)

Gədəbəy rayonunda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib və hadisə yerini tərk edib.

Faktla əlaqədar cinayət işi başlanılıb.