"Çelsi"nin futbolçusu avtomobil qəzasına düşüb

22 Sentyabr 2017 12:16 (UTC+04:00)

"Çelsi"nin yarımmüdafiəçisi Tyemue Bakayoko "Mercedes-Benz G-Class" markalı avtomobilində qəzaya düşüb. SİA-nın məlumatına görə, hadisə sentyabrın 21-də futbolçu məşqdən çıxıb evə gedən zaman baş verib.

Qəzanın təfərrüatları məlum deyil, lakin 23 yaşlı fransalı futbolçunun xəsarət almadığı və artıq evində olduğu bildirilir.

Bakayoko "Monako"dan "Çelsi"yə ötən ilin yayında keçib.