Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında

22 Sentyabr 2017 11:38 (UTC+04:00)

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov müasir tələblərə cavab verən, yeni avtomobil texnikası, eləcə də avadanlıq və texniki vasitələrlə təchiz olunmuş səhra komanda məntəqəsi parkının açılışında iştirak edib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Müdafiə naziri avtomobillərin saxlanc, texniki xidmət, təmir məntəqələri və akkumulyator sexlərində yaradılan şəraitlə tanış olub, müvafiq tapşırıqlarını verib.