Ağalarovlar yeni ticarət mərkəzi açdı FOTOLAR

22 Sentyabr 2017 11:07 (UTC+04:00)

Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarov və oğlu, müğənni-bəstəkar Emin yeni bizneslə məşğul olacaqlar. SİA-nın Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar ticarət mərkəzi açıblar.

Mərasimə Rusiyanın tanınmış simaları, Hollivud ulduzu Stiven Siqal da qatılıb. Müğənnilər gecədə mahnılar oxuyub, Ağalarovları təbrik ediblər.