Türkiyə parlamenti təcili iclas keçirəcək

22 Sentyabr 2017 01:04 (UTC+04:00)

Sentyabrın 23-də Türkiyə Böyük Millət Məclisi İraqın kürd muxtariyyətində planlaşdırılan referendumla bağlı növbədənkənar iclas keçirəcək. Trend-in məlumatına görə, bu barədə AKP-nin fraksiya sədri Mustafa Elitaş deyib.

Qeyd edək ki, kürd muxtariyyəti sentyabrın 25-də müstəqilliklə bağlı referendum keçirməyi planlaşdırır.