Elçin Quliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi SƏRƏNCAM

21 Sentyabr 2017 14:56 (UTC+04:00)

Prezident İlham Əliyev Elçin Quliyevin "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Elçin İsağa oğlu Quliyev “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilsin.