"Real"ın futbolçusu zədələnib

21 Sentyabr 2017 12:41 (UTC+04:00)

"Real"ın futbolçusu Marselo La Liqanın 5-ci turunda "Betis"ə qarşı matçda (0:1) zədələnib. SİA-nın məlumatına görə, əzələsindən zədə alan braziliyalı müdafiçi 72-ci dəqiqədə Lukas Vaskeslə məcburi əvəzlənib. Onun durumunun ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

İspaniya mətbuat bu cür zədələrin bərpa müddətinin təxminən 2 həftə olduğunu yazıb.