Yaponiya bu dəfə 6,1 ballıq silkələndi

21 Sentyabr 2017 10:11 (UTC+04:00)

Yaponiyanın Hönşü adasının şərqində 6,1 bal gücündə zəlzələ olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri adada yerləşən Kamaişi şəhərindən 281 kilometr cənub-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağınıtılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.