Rus milis dəstəsi Suriyada mühasirəyə düşüb

21 Sentyabr 2017 03:18 (UTC+04:00)

Rusiya Hərbi Hava Qüvvələri Suriyanın İdlib vilayətində hücuma keçən terrorçulara ağır zərbələr endirib. Axar.az xəbər verir ki, Həma bölgəsindən hücuma keçərək 29 nəfərlik rus hərbi-milis dəstəsini mühasirəyə alan terrorçular Rusiya tərəfinin ağır aviazərbələrinə məruz qalıb.

Qeyd edək ki, rus hərbi-milis dəstəsinə hücum edən Nüsrə Cəbhəsi ilə bir neçə saat davam edən atışmada 3 hərbçi ağır yaralanıb. Yalnız Rusiya qırıcılarının zərbəsindən sonra qruplaşma geri çəkilib. Hazırda Nüsrə Cəbhəsinin Suriyanın şimal-qərbində, əvvəlki mövqeyində olduğu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.