Ermənistan nümayəndə heyətinin “Avronest” Parlament Assambleyasının Bakıda keçiriləcək iclasında iştirak edəcəyi dəqiqləşib. SİA-nın xəbərinə görə, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov bildirib ki, erməni deputatlar sentyabrın 22-ə planlaşdırılan iclasda iştirak etmək üçün Bakıya gələcəklər.