Xəzəryanı dövlətlərin Beynəlxalq Gənclər Forumu keçiriləcək

20 Sentyabr 2017 00:17 (UTC+04:00)

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin Beynəlxalq Gənclər Forumu keçiriləcək. Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, “Gənclik. Enerji. Modernləşmə” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün Milli Məclisin deputatı Şahin İsmayılov sentyabrın 20-də Aktau şəhərinə səfər edəcək.

Deputat mövzu ilə bağlı fikirlərini açıqlayacaq, təkliflərini verəcək. Səfər sentyabrın 24-də başa çatacaq.