Rio Ferdinand bundan sonra boksa məşğul olacaq

19 Sentyabr 2017 22:04 (UTC+04:00)

“Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand bundan sonra boksa məşğul olacaq. Bu barədə veteran müdafiəçi şəxsi “Tvitter” səhifəsində yazıb. 38 yaşlı Ferdinand məşqlərə başladığını və peşəkar boksçu olacağını açıqlayıb.

"Boks həyatımda yeni bir meydan oxumaq vasitəsidir. Buna görə boksa başlayıram. Bu idman növündə də iddialıyım. Artıq qızıl kəməri qazanmaq üçün mübarizə aparacam” deyə o qeyd edib. Xatırladaq ki, İngiltərə millisinin sabiq üzvü 2015-ci ildən futbolçu karyerasını başa vurub.