Serxio Ramos “Real” ilə yeni müqavilə bağlayacaq?

19 Sentyabr 2017 21:19 (UTC+04:00)

Serxio Ramos “Real”la yeni müqavilə bağlamağa yaxındır. İspaniya mətbuatının yazdığına görə, 31 yaşlı müdafiəçi ilə klub rəhbərliyi arasında danışıqlar yekunlaşıb. Tərəflərin razılığa gəldiyi bildirilir. Kapitanla 2021-ci ilə qədər müqavilə bağlanacağı gözlənilir. Qeyd edək ki, İspaniya millisinin üzvü 2005-ci ildən Madrid klubunda çıxış edir.