"Barselona"nın hücumçusu əməliyyat olunub

19 Sentyabr 2017 20:38 (UTC+04:00)

"Barselona"nın hücumçusu Usman Dembele omba vətərindən əməliyyat olunub. Bu barədə Kataloniya klubunun saytı məlumat yayıb. 20 yaşlı oyunçunun əməliyyatının uğurlu keçdiyi bildirilib. Onun bərpa müddətinin 3 ay yarım çəkəcəyi vurğulanıb.

Qeyd edək ki, U.Dembele La Liqanın 4-cü turunda "Hetafe"yə qarşı matçda (2:1) zədələnib.