“Kəpəz” - “Səbail” görüşünün yeri dəyişdirilib

19 Sentyabr 2017 17:10 (UTC+04:00)

“Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edərək Topaz Premyer Liqasının VI turunun “Kəpəz” - “Səbail” görüşünün yerinin dəyişdirilməsini xahiş edib. SİA-nın məlumatına görə, Gəncə şəhər stadionunda təmir işlərinin davam etdiyini və “Səbail” klubunun razılıq məktubunu nəzərə alan PFL aşağıdakı qərarları qəbul edib:

Topaz Premyer Liqasının VI turunun “Kəpəz” – “Səbail” matçı 23 sentyabr tarixdə “Dalğa Arena”da keçirilsin.

VI turda meydan sahibi “Səbail” klubu, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilsin.