Bakı Uşaq Teatrı mövsümü Şahdağda açacaq

19 Sentyabr 2017 16:08 (UTC+04:00)

Bakı Uşaq Teatrı yeni mövsümü sentyabrın 26-da Qusarda, Şahdağ Turizm Mərkəzində açacaq. SİA-nın məlumatına görə, balaca seyrçilərə türk nağılı əsasında rejissor İlhamə Əhmədovanın quruluş verdiyi “Pəltək cücə” tamaşası nümayiş etdiriləcək. Sonra illüzionist Tofiq İsgəndərlinin iştirakı ilə şou-proqram olacaq.

Tamaşaçıların Şahdağ Turizm Mərkəzinin və Bakı Uşaq Teatrının hazırladığı müxtəlif hədiyyələri, kitab və dərs ləvazimatlarını qazanmaq imkanı da olacaq. Sonda turizm kompleksi üzrə infotur nəzərdə tutulur.